Türkiyənin məşhur "Kızılcık Şerbeti" serialında Nursema obrazını canlandıran Ceren Karakoçun layihəyə qayıdacağı bildirilir.
Demokrat.az xəbər verir ki, aktrisa sosial şəbəkədə paylaşdığı foto və yazdığı sözlərlə Nursemanın hekayəsinin davam edəcəyinə işarə edib.
"Bəzi hekayələr bitir, bəziləri isə istiqamətini dəyişir. Görünür, Nursemanın hələ danışacağı çox şey var. Nursema ilə qaldığımız yerdən deyil, yenidən..." – deyə aktrisa paylaşımında qeyd edib.
Xatırladaq ki, serialın beşinci mövsümünün ilk bölümündə Nursemanın yol qəzasında öldüyü göstərilmişdi. Aktrisanın paylaşımı obrazın yenidən seriala qayıdacağı ilə bağlı gözləntiləri artırıb. Nursemanın hansı bölümdə və necə geri dönəcəyi isə hələ açıqlanmayıb.

Jalə


