YapiKredi Müraciət Forması
Kriminal Özəl

53 yaşlı kişi arvadını döydü — Məhkəmədə barışdılar

53 yaşlı kişi arvadını döydü — Məhkəmədə barışdılar

Astara rayonunda 53 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Astara rayonunun kəndlərindən birində baş verib. 1973-cü il təvəllüdlü Sübhan birlikdə yaşadıqları evdə arvadı Kifayət (adlar şərtidir – red.) ilə mübahisə edib.

İstintaq sənədlərinə görə, 53 yaşlı kişinin arvadı ilə arasında ailədaxili münasibətlər zəminində mübahisə yaranıb. Mübahisə zamanı o, arvadına yumruqla zərbələr vuraraq ona bədən xəsarətləri yetirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Sübhan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində əməlindən peşman olduğunu və zərərçəkmiş şəxslə barışdığını bildirib.

Astara Rayon Məhkəməsinin hökmü ilə Sübhan barəsində olan cinayət işi üzrə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli

Editor
Redaktor