Azərbaycandan Ukraynaya humanitar yardım məqsədilə elektrik avadanlıqlarından ibarət yükün ikinci hissəsi yola salınıb.
Demokrat.az xəbər verir ki, yardım yük maşınları vasitəsilə Sumqayıt Texnologiyalar Parkından göndərilib.
Elektrik kabelləri və naqillərindən ibarət humanitar yardım 9 yük maşını ilə yola salınıb.
Qeyd edək ki, Ukraynaya humanitar yardımın göstərilməsi Prezident İlham Əliyevin müvafiq sərəncamı əsasında həyata keçirilib.
Xatırladaq ki, yardımın birinci hissəsi avqustun 13-də 10 yük maşınından ibarət karvanla yola salınıb.
Humanitar yardımın tərkibinə 90 min metrə yaxın elektrik kabelləri və naqillər, 7 dəst transformator və 25 generator daxildir.
Yardımın ümumi dəyəri 2 milyon dollar təşkil edir.
***
13:43
Azərbaycanın Ukraynaya humanitar yardım məqsədilə nəzərdə tutduğu elektrik avadanlıqlarından ibarət yükün növbəti hissəsi bu gün Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb.
Demokrat.az xəbər verir ki, yardımın göndərilməsi Prezident İlham Əliyevin Sərəncamına əsasən, Energetika Nazirliyi təmin edir.
Məlumata görə, humanitar yükün tərkibinə ümumilikdə 90 min metrə yaxın elektrik kabelləri və naqillər, həmçinin 25 ədəd generator və 7 dəst transformator daxildir. Ukraynada davam edən müharibədən zərər görmüş bölgələrin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpasına dəstək məqsədilə göndərilən bu avadanlıqların ilk hissəsi 10 yük avtomobilindən ibarət karvanla yola salınıb. Ukrayna tərəfinin müraciətləri əsasında təşkil edilən və ümumi dəyəri 2 milyon ABŞ dolları olan sözügedən yardımın növbəti hissəsinin də yaxın günlərdə yola salınması planlaşdırılır.
Qeyd edək ki, Azərbaycan bundan əvvəl də Ukraynaya elektrik təchizatı ilə bağlı humanitar yardımlar göndərib. Hazırkı müharibə şəraiti ilə əlaqədar olaraq, Azərbaycanın Ukraynaya göstərdiyi ümumi humanitar dəstək, o cümlədən bərpa və yenidənqurma yönümlü yardımların ümumi dəyəri artıq 44 milyon ABŞ dollarını keçib.