“Bəzi İran rəsmilərinin səsləndirdikləri sərsəm fikirlərə bir o qədər əhəmiyyət vermək lazım deyil. Dəfələrlə belə həqiqətə uyğun olmayan, reallıqdan kənar bəyanatlar verdiklərinin şahidi oluruq. İranın isə dini rəhbərləri, istər siyasi rəhbərləri tərəfindən bir çox hallarda İranın gücünü hesablamadan bəyanatlar verilir. İran heç bir halda bu dəhlizin açılmasına mane ola bilməz. Mane olmağa çalışsa, çox ciddi qüvvələrlə üz-üzə qalacaq. Təkcə Azərbaycan və Türkiyə deyil, həmçinin ABŞ, Çin, Böyük Britaniya kimi dövlətlər İrana o haqqı tanımayacaqlar”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib.
O bildirib ki, Zəngəzur dəhlizi ("Tramp körpüsü") olduqca əhəmiyyətli məsələdir və Azərbaycanın yaratmış olduğu reallıqlar fonunda bu kommunikasiya xəttinin açılması mümkün olur:
“Azərbaycan Prezidentinin konkret mövqeyi var idi, dəfələrlə demişdi ki, bu dəhliz açılacaq və başqa alternativ yoxdur. Hansı adla olmasından asılı olmayaraq, şimal və cənub qonşumuzun istəyindən asılı olmayaraq bu kommunikasiya qovşağı fəaliyyət göstərəcək. Kim buna mane olmaq istəyəcəksə, qarşısında çox ciddi qüvvələr görəcək”.
Cavidan Mirzəzadə
Demokrat.az