Dövlət İmtahan Mərkəzində (DİM) İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti olaraq kimə həvalə ediləcəyi ilə bağlı məsələyə rəsmi münasibət bildirilib.
Mərkəzdən modern.az-ın sorğusuna cavab olaraq qeyd olunub ki, yeni sədr təyin edilənədək vəzifənin müvəqqəti icrasını kimin həyata keçirəcəyi Prezidentin müvafiq sərəncamı ilə müəyyənləşdiriləcək.
Xatırladaq ki, Məleykə Abbaszadə noyabrın 19-da DİM-in İdarə Heyətinin sədri postundan azad edilib. Həmin vaxtdan quruma yeni rəhbərin təyin olunması və ya sədrin səlahiyyətlərinin müvəqqəti icrası ilə bağlı dövlət başçısının sərəncamı açıqlanmayıb.
Hazırda DİM-in İdarə Heyətində iki sədr müavini fəaliyyət göstərir: Bəhram Xəlilov və Namiq Babayev. Lakin onlardan hansının sədr vəzifəsini müvəqqəti icra edəcəyi barədə hələlik qərar yoxdur. Bu məsələ Prezidentin verəcəyi sərəncamla rəsmiləşəcək.



