YapiKredi Müraciət Forması
Mazda CX-5
Dünya Özəl

"Nvidia"nın bazar dəyəri bir gündə 954 milyard dollar artdı

Nvidianın bazar dəyəri bir gündə 954 milyard dollar artdı

"Nvidia" şirkətinin bazar kapitallaşması Censen Huanın baş direktor vəzifəsinə qaytarılmasından sonra kəskin yüksəlib. Şirkətin dəyəri bir gün ərzində təxminən 954 milyard dollar artıb.

Demokrat.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Bazar ertəsi keçirilən hərracların yekununda "Nvidia" səhmlərinin qiyməti 31,48 faiz artaraq 165,05 dollara çatıb. Nəticədə şirkətin bazar kapitallaşması 3,031 trilyon dollardan 3,985 trilyon dollara yüksəlib.

Bu artım "Nvidia"nı dünyanın ən bahalı şirkətləri siyahısında ikinci pilləyə çıxarıb. Şirkət bununla da daha əvvəl üçüncü yerdə qərarlaşan "Alphabet"i geridə qoyub. Reytinqdə ilk sırada isə "Apple" qərarlaşıb.

Qeyd edək ki, noyabrın 23-də "Nvidia"nın direktorlar şurası Censen Huanı istefasından 11 gün sonra yenidən baş direktor vəzifəsinə qaytarıb. Onun vəzifəyə qayıtmasını ABŞ prezidenti Donald Tramp və İlon Mask da dəstəkləyib.

Huanın ətrafı ilə Çin kəşfiyyatı arasında mümkün əlaqələrə dair araşdırmaların davam etdiyi bildirilir. Bu qalmaqal daha əvvəl iş adamının sərvətinin azalmasına və "Forbes"in dünyanın ən varlı şəxsləri reytinqində geriləməsinə səbəb olmuşdu. Hazırda o, siyahıda 13-cü yerdədir.