Türkiyəli aktyor Ozan Akbaba ABŞ-də təşkil olunan Beynəlxalq "Emmy" mükafatlandırma mərasimində görünüşü ilə diqqət mərkəzinə düşüb.
Demokrat.az xəbər verir ki, 54-cü dəfə keçirilən mükafatlandırma gecəsində iştirak edən aktyor "Uzak Şehir" serialındakı tərəf-müqabili Sinem Ünsalla birlikdə qırmızı xalçada görüntülənib.
Ozan Akbabanın seçdiyi geyim tərzi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Aktyorun qafqazlı üslubunu xatırladan görünüşü mərasimdən yayılan fotoların diqqət çəkməsinə səbəb olub.
Xatırladaq ki, "Uzak Şehir" ekran əsəri "Ən yaxşı telenovela" nominasiyasında mübarizə aparıb. Lakin bu kateqoriyada Türkiyəni təmsil edən digər serial – "Leyla: Hayat… Aşk… Adalet…" qalib elan olunub.



