YapiKredi Müraciət Forması
Mazda CX-5
Maraqlı Özəl

Kofe sərxoş adamı ayıldır?

Kofe sərxoş adamı ayıldır?

Alkoqol qəbulundan sonra qəhvə içməyin insanı ayıltdığı düşünülsə də, bu fikir doğru deyil. Əksinə, kofein və alkoqolun birlikdə qəbulu orqanizmdə əlavə narahatlıq yarada bilər.

Demokrat.az xəbər verir ki, qəhvənin tərkibindəki kofein insanın özünü daha enerjili və ayıq hiss etməsinə səbəb olur. Lakin o, qanda alkoqolun miqdarını azaltmır və sərxoşluğun keçməsini sürətləndirmir.

Mütəxəssislər bildirirlər ki, içkidən sonra qəhvə qəbul etmək ürəkdöyünmə, titrəmə, narahatlıq və yuxu pozuntusuna səbəb ola bilər. Alkoqolun təsirindən yaranan susuzlaşma və mədə narahatlığı da vəziyyəti ağırlaşdıra bilər.

İçkidən sonra qəhvə əvəzinə su içmək, yüngül qidalanmaq və istirahət etmək daha məqsədəuyğundur.

Qeyd edək ki, sərxoşluğun aradan qalxması üçün əsas amil zamandır. Qəhvə insanı ayıq hiss etdirsə də, alkoqolun təsirini aradan qaldırmır.