ABŞ-da 16 yaşlı yeniyetmə oyun konsolu əlindən alındığı üçün anasını mişarla təqib edib.
Demokrat.az xəbər verir ki, hadisə Florida ştatının Volusiya dairəsində baş verib.
Məlumata görə, anası Xbox oyun konsolunu əlindən aldıqdan sonra qəzəblənən yeniyetmə elektrik mişarı ilə qadının arxasınca qaçıb. O, həmçinin ailə üzvlərini hədələyib və ev heyvanlarına zərər verməklə qorxudub.
Polis tərəfindən saxlanılan yeniyetməyə ölümcül silahla ağırlaşdırılmış hücum ittihamı irəli sürülüb. O, daha sonra Volusiya Ailə Resursları Mərkəzinə aparılıb.



