Türkiyənin İzmir şəhərində özünü "Mehdi" kimi təqdim edərək insanları aldatmaqda ittiham olunan şəxs saxlanılıb.
Demokrat.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı İzmir prokurorluğuna istinadən məlumat yayıb.
İstintaq materiallarına görə, Mehdi D. adlı şəxs "şəfa vermək" vədi ilə bir ailədən 3 milyon türk lirəsi (təxminən 101 min manat) alıb. Bundan başqa, onun bir qadına qarşı cinsi zorakılıq etdiyi, 3 yaş yarımlıq uşağa isə fiziki şiddət göstərdiyi iddia olunur.
Şübhəli şəxs Şanlıurfa vilayətinin Ceylanpınar rayonunda keçirilən əməliyyat zamanı saxlanılıb. Onunla yanaşı, hadisə ilə əlaqəsi olduğu ehtimal edilən anası, atası və bacısı da polis tərəfindən tutulub.
Məlumata görə, hadisə ilə bağlı istintaqa televiziya kanalında yayımlanan süjetdə səsləndirilən iddialardan sonra başlanılıb.



