YapiKredi Müraciət Forması
Mazda CX-5
Dünya Özəl

İstanbulda bələdiyyəyə əməliyyat: 10 nəfər tutuldu

İstanbulda bələdiyyəyə əməliyyat: 10 nəfər tutuldu

Türkiyənin İstanbul şəhərində Kartal Bələdiyyəsində şəhərsalma və yenidənqurma layihələri ilə bağlı qanun pozuntusu iddiaları üzrə əməliyyat keçirilib. Əməliyyat zamanı 10 şübhəli saxlanılıb.

Demokrat.az xəbər verir ki, İstanbul Anadolu Respublika Baş Prokurorluğunun apardığı araşdırma çərçivəsində bələdiyyədə həyata keçirilən şəhərsalma layihələri yoxlanılır.

İlkin araşdırmalar zamanı 8 riskli binanın tikinti sahəsinin sənədlərdə faktiki göstəricidən 400-1000 kvadratmetr artıq qeyd edildiyi müəyyənləşdirilib.

Bundan başqa, şübhəlilərin bank hesablarında yüksək məbləğdə maliyyə əməliyyatlarının aparıldığı aşkarlanıb.

Faktla bağlı araşdırma davam etdirilir.