YapiKredi Müraciət Forması
Mazda CX-5
Maraqlı Özəl

2027-ci ildə bu 3 bürcü çətin sınaqlar gözləyir - Maliyyə və şəxsi həyatda problemlər

2027-ci ildə bu 3 bürcü çətin sınaqlar gözləyir - Maliyyə və şəxsi həyatda problemlər

2027-ci il bəzi bürclər üçün gözlənilməz dəyişikliklər və çətinliklərlə yadda qala bilər. Astroloq Lourdes Ferro gələn il daha çox sınaqla üzləşəcəyi ehtimal edilən üç bürcün adını açıqlayıb.

Demokrat.az xəbər verir ki, bu barədə "Clarín" nəşri məlumat yayıb.

Astroloqun sözlərinə görə, 2027-ci ildə Yupiterin mövqeyi ilin ümumi astroloji mənzərəsinə təsir edəcək. İlin ilk yarısında yaradıcılıq, romantika və şəxsi inkişaf ön plana çıxacaq. İkinci yarıda isə diqqət iş, sağlamlıq, maliyyə və gündəlik öhdəliklərə yönələcək.

Ferro xüsusilə üç bürcün daha diqqətli davranmalı olduğunu bildirib.

Qız

Qız bürcünü təmsil edənlərə ilin ilk altı ayında tələsməmək və mühüm qərarları diqqətlə vermək tövsiyə olunur. Astroloqun fikrincə, gözlənilməz hadisələr planları dəyişə bilər. Buna görə də mühüm sənədləri imzalamazdan və ciddi addımlar atmadan əvvəl bütün detalları nəzərdən keçirmək lazımdır.

Buğa

Buğa bürcləri üçün əsas risk maliyyə məsələləri ilə bağlıdır. Astroloq xüsusilə 2027-ci ilin iyul ayına qədər riskli investisiyalardan və maddi sabitliyə təhlükə yarada biləcək qərarlardan uzaq durmağı məsləhət görür. Onun fikrincə, bu dövrdə maliyyə məsələlərində ehtiyatlılıq vacib olacaq.

Balıqlar

Balıqlar isə enerjilərini düzgün bölüşdürməyə çalışmalıdırlar. İlin ilk yarısında iş, sağlamlıq və gündəlik məsuliyyətlər daha çox diqqət tələb edə bilər. Yupiterin sonrakı mərhələdə Qız bürcünə keçməsi ilə əlavə öhdəliklər və yeni tələblər ortaya çıxa bilər.

Astroloq Balıqlara güclərini düzgün qiymətləndirməyi və öhdəsindən gələ bilməyəcəkləri qədər işi üzərlərinə götürməməyi tövsiyə edib.