YapiKredi Müraciət Forması
Mazda CX-5
Region

Pezeşkian: Gələcəyin dövlət rəhbərləri məscidlərdə yetişdirilə bilər

Pezeşkian: Gələcəyin dövlət rəhbərləri məscidlərdə yetişdirilə bilər

İran Prezidenti Məsud Pezeşkian məscidlərin cəmiyyət həyatında rolunun genişləndirilməsini və onların yerli idarəetmə sisteminə daha fəal cəlb olunmasını təklif edib.

O bildirib ki, məscidlər təkcə dini ibadət məkanı deyil, həm də sosial problemlərin həlli, əhalinin məşğulluğunun dəstəklənməsi, xəstələrə yardım, eləcə də təhsil, mədəniyyət və idman fəaliyyətlərinin təşkili üçün mühüm platformaya çevrilə bilər.

Pezeşkianın sözlərinə görə, gələcəkdə ölkənin idarə olunmasında iştirak edəcək kadrların da məhz məscidlərdə yetişdirilməsi mümkündür.

İran Prezidenti bu fikirləri məscidlər əsasında yerli idarəetmənin inkişafı təşəbbüsünün təqdimat mərasimində səsləndirib.

NE
Nihadə Eyyubova