YapiKredi Müraciət Forması
Mazda CX-5
Region

Ermənistan üçün tarixi an yetişdi – Bu gündən Paşinyan...

Ermənistan üçün tarixi an yetişdi – Bu gündən Paşinyan...

Ermənistanın baş naziri Nikol Paşinyan yeni konstitusiyanın qəbul edilməsindən sonra Azərbaycanla sülh müqaviləsinin imzalanacağına söz verib. Baş nazir xalqa müraciətində bu məsələyə "bütün mənəvi, siyasi və insani etibarlılığını" qoyduğunu bildirib. Onun sözlərinə görə, yeni konstitusiyanın qəbulu ilə Azərbaycanla sülh müqaviləsi təkcə imzalanıb ratifikasiya edilməyəcək, həm də institusional sülh təmin olunacaq.

Ermənistan üçün tarixi an yetişdi – Bu gündən Paşinyan...

Paşinyan bir daha bəyan edib ki, referendumda vətəndaşlar yeni konstitusiyanın əleyhinə səs versələr, istefa verəcək, yox əgər, konstitusiya dəstəklənərsə, növbəti seçkilərdə baş nazir postuna namizədliyini irəli sürməyəcək.

Qeyd edək ki, bu gün Ermənistanın yeni konstitusiyasının layihəsi dərc edilib. Yeni konstitusiyanın layihəsinin preambulasının mətnində Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad yoxdur.

Ötən həftəsonu Paşinyan yeni konstitusiya layihəsini referendum vasitəsilə qəbul etdirə bilməyəcəyi təqdirdə növbədənkənar parlament seçkilərinə gediləcyini istisna etməyib. Baş nazir islahatlara xalqın dəstəyini qazanacağına ümid edir, lakin referendum ssenarisinin uğursuzluğa düçar olacağı təqdirdə partiya erkən seçkilərə getməklə hakim partiyanın mandatlarının sayını artırmağı planlaşdırır.

Bu barədə yerli media yazıb. Həmçinin bildirilir ki, hazırda rəsmi İrəvan layihəni cəmiyyətə cəlbedici şəkildə təqdim etmək üçün yollar axtarır. Bu çərçivədə baş nazirin səlahiyyətlərinin azaldılması və müxalifətin imkanlarının genişləndirilməsi kimi məqamlara xüsusi vurğu ediləcəyi qeyd olunur.

Ermənistan üçün tarixi an yetişdi – Bu gündən Paşinyan...

Qeyd edək ki, Ermənistanda konstitusiya dəyişiklikləri məsələsi həm daxili siyasi qüvvələr, həm də Azərbaycan və Türkiyə ilə sülh prosesi kontekstində əsas mübahisə mövzularından biri olaraq qalır. Revanşist müxalifət Paşinyanı kənar təzyiqlər qarşısında güzəştə getməkdə ittiham edir, hökumət isə yeni ana qanunun "Dördüncü Respublika"nın qurulması üçün zəruri olduğunu bildirir.

Layihənin açıqlanması cəmiyyətdə indi necə qarşılanacaq? Paşinyan "siftəni" uğurlu edə biləcəkmi?

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Musavat.com-a deyib ki, Ermənistanın yeni konstitusiya layihəsi cəmiyyətdə birmənalı qarşılanmayacaq.

Onun sözlərinə görə, dəstək də olacaq, ciddi müqavimət də: "Hazırkı siyasi atmosferdə etirazların kifayət qədər güclü olması ehtimalı var. Sülh istəyən və müharibədən yorulmuş insanlar bu layihəni dəstəkləyə bilər.
Əgər hakimiyyət yeni konstitusiyanı Azərbaycanla sülhün əldə olunması, sərhədlərin sabitləşməsi, iqtisadi inkişaf və müharibə riskinin azalması ilə əlaqələndirə bilsə, əhalinin müəyyən hissəsi buna müsbət yanaşacaq. Xüsusilə, yeni müharibə istəməyən insanlar sülh perspektivini üstün tuta bilərlər".

Hüquqşünas qeyd edib ki, müxalifət konstitusiya dəyişikliyində yalnız Qarabağla bağlı hissəni xüsusi qabardır: "Halbuki ölkənin yeni qanunvericilik aktı qəbul olunacaq və bir çox konstitusion islahatlar həyata keçiriləcək. Bu islahatlar isə inkişafa istiqamətlənib. Erməni xalqı mətnlə tanış olduqdan sonra digər müsbət təkliflərə də diqqət yetirməlidir. Əgər yeni mətn hüquq və azadlıqlar, dövlət institutları, parlamentin səlahiyyətləri, məhkəmə sistemi və idarəçilik baxımından real üstünlüklər gətirsə, layihəyə münasibət dəyişə bilər. Amma insanlar onu sırf Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün hazırlanmış sənəd kimi qəbul etsələr, etiraz daha da arta bilər".

Çingiz Qənizadə əlavə edib ki, layihənin qəbul olunması heç də asan olmayacaq: "2026-cı ilin noyabrında bir sıra müxalif siyasi qüvvələr yeni Konstitusiyaya qarşı kampaniya aparmağa başlayıblar. 2025-ci ilin avqustunda" Gallup"un Ermənistan bölməsinin keçirdiyi sorğuda respondentlərin yalnız 12,2%-i Azərbaycanla davamlı sülh əldə etmək şərti ilə konstitusiya dəyişikliklərinə səs verəcəyini bildirmişdi. Eyni sorğuda 58% konstitusiya dəyişikliyini Ermənistanın daxili işi hesab edirdi və xarici müdaxiləyə qarşı çıxırdı. Bu rəqəmlər Paşinyan üçün xəbərdarlıqdır, amma 2025-ci ilin sorğusunu 2026-cı ilin indiki vəziyyətinin dəqiq göstəricisi saymaq olmaz. Konstitusiyanın tam mətni, referendum kampaniyası və sülh prosesindəki hadisələr ictimai fikri dəyişə bilər".