"Baykar" tərəfindən layihələndirilmiş "Bayraktar AKINCI" ağır döyüş PUA-sı, "ROKETSAN" tərəfindən işlənib hazırlanmış yeni "ORKA" yüngül sualtı qayıq əleyhinə torpedosunun dünyada ilk dəfə havadan buraxılmasını uğurla həyata keçirib.
Demokrat.az sınaqların gedişatı və torpedonun əsas texniki xüsusiyyətlərini sizə təqdim edir:
• Sınaq uçuşu: Torpedo daşıyan bir pilotsuz uçuş aparatı (PUA) Çorludakı mərkəzdən havaya qalxaraq, torpedonu Saros körfəzinə uğurla buraxdı. Bu, dünyada belə bir silah növünün pilotsuz platformaya inteqrasiya edildiyi ilk haldır.
• ORKA torpedosunun xüsusiyyətləri: Yüksək sürət üçün nəzərdə tutulmuş bu torpedo idarəetmə sistemləri, həmçinin aktiv/passiv akustik hədəf axtarma sistemi ilə təchiz olunub. Bu xüsusiyyətlər ona gəmilərdən və ya hava vasitələrindən buraxıldıqda sualtı qayıqları aşkar etməyə və onları yüksək dəqiqliklə məhv etməyə imkan verir.
• PUA-larla qarşılıqlı fəaliyyət: Hidroakustik sonobuylardan gələn məlumatları real vaxt rejimində arışdıran "Bayraktar TB3" ilə birləşən "AKINCI", sualtı qayıqlara qarşı mübarizə üzrə hərtərəfli bir sistem təşkil edir.



