YapiKredi Müraciət Forması
Mazda CX-5
Maraqlı Özəl

2027-ci ildə həyatı kökündən dəyişəcək 4 bürc

2027-ci ildə həyatı kökündən dəyişəcək 4 bürc

2027-ci il astroloji baxımdan bir sıra mühüm dəyişikliklərlə yadda qala bilər. Planetlərin mövqeyində baş verəcək dəyişikliklər, xüsusilə Saturn və Neptunun Qoç bürcündə qalması, Yupiterin iyulun 26-da Şir bürcündən Qız bürcünə keçməsi və avqustun 2-də baş verəcək tam Günəş tutulması bəzi bürclər üçün yeni mərhələnin başlanğıcı hesab olunur.

Astroloqların fikrincə, qarşıdakı il xüsusilə dörd bürcün həyatında mühüm dönüşlərə səbəb ola bilər. Şəxsi inkişafdan karyeraya, sevgidən ailə münasibətlərinə qədər bir çox sahədə yeniliklər gündəmə gələcək.

Qoç – Özünü yenidən qurmaq vaxtı gəlir

2027-ci il Qoçlar üçün dəyişiklik və şəxsi inkişaf ili olacaq. Saturn və Neptunun ilboyu bu bürcdə yerləşməsi onların həyata baxışına, qərarlarına və özlərini ifadə etmə tərzinə təsir göstərə bilər.

Avqustun 9-da Saturnun Qoç bürcündə retrograd hərəkətə başlaması, dekabrın 24-də isə normal hərəkətinə qayıtması keçmiş qərarların və təcrübələrin yenidən nəzərdən keçirilməsi ilə əlaqələndirilir.

İlin ilk yeddi ayı sevgi və yaradıcılıq baxımından daha əlverişli görünür. Yupiterin iyulun 26-dək bu sahələrdə hərəkəti romantik münasibətlərə və yeni layihələrə müsbət təsir göstərə bilər. İlin ikinci yarısında isə diqqət iş, sağlamlıq və gündəlik həyatın nizamlanmasına yönələcək.

Əkizlər – Həyatında tamamilə yeni səhifə açılacaq

2027-ci ildə Əkizləri həm şəxsi, həm də sosial həyatda ciddi dəyişikliklər gözləyə bilər. Uranın ilboyu bu bürcün birinci evində yerləşməsi xarici görünüşdə, həyat tərzində və gələcək planlarında yeniliklərə işarə edir.

Saturn və Neptunun dostluq və hədəflər sahəsindəki mövqeyi isə Əkizləri ətrafındakı insanları və sosial çevrələrini yenidən qiymətləndirməyə sövq edə bilər.

İlin ilk yarısında təhsil, ünsiyyət və səyahətlərlə bağlı fürsətlər ön plana çıxacaq. İyulun 26-dan sonra isə ev və ailə məsələləri diqqət mərkəzinə keçəcək. Ev dəyişmək, daşınmaz əmlak almaq və ya evdən işləməyə başlamaq kimi qərarlar gündəmə gələ bilər.

Sentyabrın 10-da Yupiterlə Uran arasında yaranacaq gərgin aspekt isə şəxsi azadlıqla ailə məsuliyyətləri arasında seçim etməyi tələb edən vəziyyətlər yarada bilər.

Şir – Avqust ayında həyatında mühüm dönüş yaşana bilər

2027-ci il Şirlər üçün diqqətçəkən astroloji hadisələrlə zəngin olacaq. Xüsusilə avqustun 2-də bu bürcdə baş verəcək tam Günəş tutulması yeni başlanğıcların və mühüm qərarların simvolu kimi qiymətləndirilir.

İyulun 26-da Yupiterin Şir bürcündən ayrılaraq maliyyə və şəxsi dəyər sahəsinə keçməsi gəlir imkanlarının artması, maaş yüksəlişi və maliyyə vəziyyətinin yaxşılaşdırılması ilə əlaqələndirilir.

Astroloqların şərhinə görə, Günəş tutulması Şirlərin özlərini, həyatdakı mövqelərini və gələcək istiqamətlərini yenidən müəyyənləşdirmələrinə səbəb ola bilər. Bu dövr şəxsi inkişaf və yeni hədəflər baxımından əhəmiyyətli hesab olunur.

Tərəzi – Münasibətlərdə taleyüklü qərarlar veriləcək

2027-ci ildə Tərəzilərin həyatında əsas mövzu münasibətlər olacaq. Saturn və Neptunun ilboyu bu bürcün tərəfdaşlıq evində yerləşməsi sevgi və iş münasibətlərində ciddi sınaqların yaşana biləcəyinə işarə edir.

Astroloqların fikrincə, bəzi Tərəzilər münasibətlərini daha ciddi mərhələyə daşıyacaq, bəziləri isə artıq gələcəyi olmayan əlaqələrə son qoymaq qərarına gələcək.

İlin ilk yarısında dostluq, sosial çevrə və gələcək planları ilə bağlı müsbət imkanlar yarana bilər. Avqustun 2-də baş verəcək Günəş tutulması isə yeni əməkdaşlıqlar, işgüzar əlaqələr və uzunmüddətli hədəflər baxımından dönüş nöqtəsi ola bilər.

Sentyabrın 14-dən oktyabrın 8-dək Veneranın Tərəzi bürcündə yerləşməsi sevgi, münasibətlər və şəxsi cazibə baxımından ilin ən əlverişli dövrlərindən biri hesab olunur.

NE
Nihadə Eyyubova