Qazax rayonunda 49 yaşlı kişi dəm qazından zəhərlənərək vəfat edib.
Vəfat edən şəxs 1977-ci il təvəllüdlü Məmmədov Vüqar Qulu oğlu Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) ehtiyatda olan zabiti olub və pensiyada imiş.
Hadisə rayonun Kəmərli kəndində qeydə alınıb. Meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qazax rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı Qazax Rayon Prokurorluğunda araşdırma aparılır.(mətbuat.az)



