YapiKredi Müraciət Forması
Mazda CX-5
Maraqlı

Tale bu bürclərin üzlərinə güləcək

Tale bu bürclərin üzlərinə güləcək

2026-cı ilin noyabr ayının son günləri üç bürc üçün uğurlu və yeniliklərlə zəngin dövr vəd edir. Astroloji proqnozlara görə, Oxatan, Əqrəb və Qoç bürclərinin nümayəndələri uzun müddətdir qarşılaşdıqları bəzi çətinlikləri geridə qoyaraq həyatlarında müsbət dəyişikliklər hiss edə bilərlər.

Noyabrın ortalarında Venera və Merkurinin retrograd hərəkətinin başa çatması, eləcə də noyabrın 22-də Günəşin Oxatan bürcünə keçməsi astroloji baxımdan yeni imkanların yaranması ilə əlaqələndirilir.

Oxatan

Oxatanlar üçün son dövr o qədər də asan keçməyib. Keçmiş münasibətlər, maliyyə məsələləri və şəxsi problemlər onları çox düşündürüb. Lakin noyabrın 13-dən sonra vəziyyətin tədricən dəyişəcəyi gözlənilir.

Noyabrın 22-də Günəşin onların bürcünə daxil olması ilə özlərinəinamları artacaq. Daha aktiv sosial həyat, yeni tanışlıqlar və şəxsi təşəbbüslər üçün əlverişli şərait yaranacaq. Oxatanlar özlərini daha enerjili və motivasiyalı hiss edə bilərlər.

Əqrəb

Əqrəblər üçün noyabrın sonu ünsiyyət və sosial əlaqələr baxımından diqqətçəkən olacaq. Son həftələrdə üzə çıxan köhnə problemlər və münasibətlərdəki anlaşılmazlıqlar tədricən aradan qalxa bilər.

Planetlərin hərəkətindəki dəyişikliklərdən sonra yeni tanışlıqlar, əməkdaşlıq imkanları və işgüzar əlaqələr ön plana çıxacaq. Əqrəblər fikirlərini daha rahat ifadə edəcək, təşəbbüsləri ilə ətrafdakıların diqqətini cəlb edəcəklər.

Qoç

Qoçlar son dövrlərdə xüsusilə maliyyə məsələləri və şəxsi münasibətlərlə bağlı müəyyən çətinliklər yaşayıblar. Keçmişdə yarımçıq qalan məsələləri həll etmək və bəzi münasibətlərə yenidən nəzər salmaq zərurəti yaranıb.

Noyabrın 13-dən sonra vəziyyətin yaxşılığa doğru dəyişəcəyi proqnozlaşdırılır. Noyabrın 22-də Günəşin Oxatan bürcünə keçməsi Qoçlar üçün yeni ideyalar və perspektivlər gətirə bilər. Yupiterin təsiri isə sevgi həyatında və dostluqlarda genişlənmə, yeni imkanlar vəd edir.

NE
Nihadə Eyyubova