YapiKredi Müraciət Forması
Mazda CX-5
Hadisə

Bakı sakini Qazaxda dəm qazından boğularaq vəfat etdi

Bakı sakini Qazaxda dəm qazından boğularaq vəfat etdi

Qazaxda zəhərlənmə hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, hadisə rayonun Kəmərli kəndində qeydə alınıb. Belə ki, Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü V.Məmmədov Kəmərli kəndində evdə dəm qazından boğularaq ölüb.

49 yaşlı kişinin meyiti müayinə olunmaq üçün "Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi" publik hüquqi şəxsin rayon şöbəsinə təhvil verilib.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

NE
Nihadə Eyyubova