Bu gün Şəkidə dörd yaşlı uşağı it dişləyib.
Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, it dişləməsi səbəbilə 2022-ci il təvəllüdlü azyaşlı (qadın cinsli) bu gün saat 11:00 radələrində Şəki Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Sağ budun yuxarı 3/1 deşilmiş yarası diaqnozu təyin edilən pasiyentə zəruri ilkin tibbi yardım göstərilib, yara işlənilib və quduzluq əleyhinə vaksin tətbiq edilib.
Vəziyyəti stabil qiymətləndirilən pasiyentin müalicəsi müvafiq şöbədə davam etdirilir.



