YapiKredi Müraciət Forması
Mazda CX-5
Şou-biznes

"Tünzalə keçmişini unudandır" - Elza Seyidcahan

Tünzalə keçmişini unudandır - Elza Seyidcahan

Əməkdar artist Elza Seyidcahan Xalq artisti Tünzalə Ağayeva ilə münasibətlərindən danışıb.

Müğənni "Kəşfet" verilişində qonaq olarkən həmkarının fotosunu gördükdən sonra onunla bağlı sərt fikirlər səsləndirib. Seyidcahan Ağayevanın onu 50 illik yubiley gecəsinə çağırmamasına incidiyini etiraf edib:

"Tünzalə tovuzlu qızımızdır. Sənətdə çalışır, öz yolu, tərzi var. O vaxt Yalçın deyirdi ki, siz Tünzalənin kumirisiniz. İndi bunu inkar edər. Yalçının onun üzərində böyük əziyyəti var.

Məni qardaşının toyuna da çağırmışdı, amma 50 yaşında məni unutdu. Keçmişini unudandır. Maşınsız vaxtlarında bir dəfə onu çəkilişə də gətirmişdim. Dedi ki, sənin yaxşılığını unutmaram. Küsməmişəm, sözü üzə deyənəm". (Axşam.az)