YapiKredi Müraciət Forması
Mazda CX-5
Dünya Özəl

Türkiyədə cənazə daşıyan mikroavtobus aşdı: 31 nəfər yaralandı

Türkiyədə cənazə daşıyan mikroavtobus aşdı: 31 nəfər yaralandı

Türkiyənin Amasya vilayətində sərnişin mikroavtobusun aşması nəticəsində 31 nəfər yaralanıb.

Demokrat.az xəbər verir ki, hadisə noyabrın 21-də səhər saatlarında Göynücek rayonunda baş verib.

Amasya Valiliyinin məlumatına görə, İstanbuldan Hasanbeyli kəndində keçiriləcək dəfn mərasiminə gedən Sultanqazi Bələdiyyəsinə məxsus mikroavtobus Gözlek kəndi ərazisində hərəkətdə olarkən yağış səbəbindən sürüşkənləşən yolda sürücünün idarəetməsindən çıxaraq aşıb.

Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə AFAD, təcili tibbi yardım, yanğınsöndürmə, yol polisi və jandarm qüvvələri göndərilib.

Qəza nəticəsində 27 nəfər yüngül, 4 nəfər isə orta dərəcəli xəsarət alıb. Yaralılar ətrafdakı xəstəxanalara çatdırılaraq müalicəyə cəlb olunublar.

Hadisə ilə bağlı hüquqi və inzibati araşdırmalara başlanılıb.