Noyabrın ikinci yarısı dörd bürcün nümayəndəsi üçün maliyyə baxımından uğurlu dövr ola bilər. Onların qarşısında gəlirlərini artırmaq, yeni qazanc mənbələri tapmaq və maddi vəziyyətlərini yaxşılaşdırmaq imkanları açılacaq.
Demokrat.az xəbər verir ki, astroloq Auste Qriqutis bu proqnozu "YourTango" nəşrinə açıqlamasında səsləndirib.
Astroloqun fikrincə, xüsusilə Şir, Tərəzi, Əqrəb və Buğa bürcləri noyabrın qalan günlərində maliyyə fürsətləri ilə qarşılaşa bilərlər.
Şir
Mars və Yupiterin Şir bürcündə birləşməsi maliyyə uğurları üçün əlverişli imkanlar yarada bilər. Astroloqun sözlərinə görə, bu bürcün nümayəndələrinə sərfəli əməkdaşlıq, vəzifə yüksəlişi və ya daha yüksək maaşlı yeni iş təklif oluna bilər. Şirlərə mövcud iş yerləri ilə kifayətlənməmək, öz peşəkar bacarıqlarını daha yüksək qiymətləndirmək tövsiyə olunur.
Tərəzi
Veneranın yenidən düz hərəkətə başlaması Tərəzilərin son aylarda üzləşdiyi maliyyə çətinliklərinin aradan qalxmasına şərait yarada bilər. Onlar gördükləri işin müqabilində kifayət qədər qazanc əldə etmədiklərini anlayaraq əməkhaqqının artırılması və xidmətlərinin qiymətinə yenidən baxılması barədə düşünə bilərlər. Astroloq yeni təklifləri dəyərləndirməyi və əməyin layiqincə qiymətləndirilməsini tələb etməkdən çəkinməməyi məsləhət görür.
Əqrəb
Əqrəblər üçün yeni maliyyə imkanları əvvəllər yarımçıq qalmış ideya və layihələrlə bağlı ola bilər. Bu, əlavə biznes, şəxsi sahibkarlıq fəaliyyəti və ya karyerada yeni istiqamət seçimi ola bilər. Astroloqun qənaətinə görə, əvvəllər həyata keçirilməsinə tərəddüd edilən layihə gələcəkdə yaxşı gəlir mənbəyinə çevrilə bilər. Bunun üçün daha az tərəddüd etmək və konkret addımlar atmaq vacibdir.
Buğa
Noyabrın son günlərində Buğalar ünsiyyətə və yeni əməkdaşlıqlara daha çox vaxt ayırmalıdırlar. Onların maliyyə uğuru faydalı tanışlıqlar, tərəfdaşlıqlar və birgə layihələr vasitəsilə gələ bilər. Artıq üzərində işlədikləri ortaq layihələr nəhayət gəlir gətirməyə başlaya bilər. Astroloq yeni görüşlərdən imtina etməməyi, əlaqələri genişləndirməyi tövsiyə edir.



