YapiKredi Müraciət Forması
Mazda CX-5
İdman Özəl

"Qalatasaray" 21 yaşlı futbolçusuna 70 milyon avro qiymət qoyacaq

Qalatasaray 21 yaşlı futbolçusuna 70 milyon avro qiymət qoyacaq

"Qalatasaray" Aleksey Batrakovun müqaviləsindəki sərbəstqalma məbləğini artırmağı planlaşdırır.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin "Fanatik" nəşri məlumat yayıb.

İstanbul təmsilçisi mövsümün əvvəlində Moskva "Lokomotiv"indən 25 milyon avroya transfer etdiyi 21 yaşlı futbolçunun çıxışından razıdır. Qısa müddətdə komandanın əsas hücum silahlarından birinə çevrilən Batrakov həm Türkiyə çempionatında, həm də UEFA Çempionlar Liqasında diqqət çəkən performans sərgiləyib.

Gənc futbolçunun uğurlu çıxışı Avropanın bir sıra klublarının da marağına səbəb olub. Bu səbəbdən "Qalatasaray" rəhbərliyi onun hazırkı müqaviləsində nəzərdə tutulan 55 milyon avroluq sərbəstqalma məbləğini 70 milyon avroya yüksəltmək niyyətindədir.

Məlumata görə, Batrakovun menecerinin gələn həftə İstanbula gələcəyi gözlənilir. Tərəflər arasında keçiriləcək görüşdə müqavilənin şərtlərinin yenilənməsi, sərbəstqalma məbləğinin artırılması və futbolçunun maaşına yenidən baxılması müzakirə olunacaq.

Türkiyə klubunun qış transfer pəncərəsində rusiyalı futbolçu ilə bağlı gələcək təkliflərə müsbət yanaşmaq fikrində olmadığı da bildirilir. İstanbul təmsilçisi Batrakovun hazırkı formasını qoruyacağı təqdirdə transfer dəyərinin daha da artacağını düşünür.