Bəzi insanlar ətrafındakılara xoş münasibətləri, səmimiyyətləri və qayğıkeşlikləri ilə xüsusi təsir bağışlayırlar. Onlar çətin anlarda başqalarına dəstək olmağı, insanların sevincinə şərik çıxmağı və ümidlərini itirənlərə ruh yüksəkliyi verməyi bacarırlar.
Demokrat.az xəbər verir ki, "Parade" jurnalı xüsusi müsbət enerjiyə malik olduğu iddia edilən dörd bürcün adını açıqlayıb.
Astroloqların fikrincə, Buğa, Şir, Oxatan və Dolça bürclərinin nümayəndələri ətrafdakılara istilik və güvən hissi bəxş etmələri ilə seçilirlər.
Buğa
Buğa bürcünün nümayəndələri Veneranın təsiri altında olduqları üçün sevgi, gözəllik və rahatlıqla əlaqələndirilirlər. Onlar ətraflarında sakit və mehriban mühit yaratmağı bacarırlar. Buğaların əsas xüsusiyyətlərindən biri insanları olduqları kimi qəbul etmələridir. Yaxınlarının problemlərinə biganə qalmır, ehtiyac olduqda əməli kömək göstərir, onları dinləyir və dəstəkləyirlər. Onların etibarlı xarakteri ətrafdakılarda güvən hissi yaradır.
Şir
Diqqət mərkəzində olmağı sevən Şirlər eyni zamanda başqalarına dəstək göstərməyi də bacarırlar. Astroloqlar bu bürcü Günəşlə əlaqələndirərək onun nümayəndələrinə istilik, səxavət və güclü həyat enerjisi aid edirlər. Şirlər yaxınlarının uğurlarına ürəkdən sevinir, onları ruhlandırır və çətin vəziyyətlərdə müdafiə etməyə çalışırlar. Haqsızlıqla qarşılaşdıqda isə çox vaxt kənarda qalmağı seçmirlər.
Oxatan
Oxatanlar ən çətin vəziyyətlərdə belə nikbinliklərini qorumaqları ilə fərqlənirlər. Onlar problemlərdən çıxış yolu tapmağa, yaşanan hadisələrdən nəticə çıxarmağa və gələcəyə ümidlə baxmağa çalışırlar. Astroloqların fikrincə, bu bürcün nümayəndələri ətrafdakılara da müsbət təsir göstərir, onların arzularını dəstəkləyir və həyata maraqlarını itirməmələrinə kömək edirlər. Oxatanların əsas üstünlüyü insanlara yenidən ümid aşılamaq bacarığıdır.
Dolça
İlk baxışdan bir qədər soyuq və qapalı görünən Dolçaların daxilində güclü humanist hisslər olduğu bildirilir. Onlar insanların fərdi xüsusiyyətlərinə hörmət edir, başqalarının fikirlərini qəbul edir və ədalətsizliyə qarşı həssas yanaşırlar. Dolçalar hüquqları pozulan insanları müdafiə etməyə, ictimai təşəbbüslərə qoşulmağa və çətin vəziyyətdə olanlara kömək göstərməyə meyillidirlər. Onların əsas xüsusiyyəti daha ədalətli və yaxşı dünya yaratmaq istəyidir.



