Tozsoran işləyərkən evə yayılan xoşagəlməz qoxudan qurtulmaq üçün mətbəxdəki sadə ədviyyatdan istifadə etmək olar. Söhbət darçından gedir.
Demokrat.az xəbər verir ki, tozsoranın toz qabında və filtrində yığılan toz, heyvan tükləri və qida qalıqları zamanla pis qoxuya səbəb ola bilər.
Bu qoxunu azaltmaq üçün toz qabına yarım və ya bir çay qaşığı üyüdülmüş darçın əlavə etmək təklif olunur. Torbalı modellərdə isə az miqdarda darçın yerə səpilərək tozsoranla çəkilə bilər.
Lakin bu üsulu tətbiq etməzdən əvvəl cihazın istifadə təlimatını yoxlamaq vacibdir. Həddindən artıq darçın filtrə və mühərrikə zərər verə bilər. Ən əsası, tozsoranın toz qabını və filtrlərini mütəmadi təmizləmək lazımdır.



