Səhər saatlarında zəngli saatın səsini eşidən kimi oyanmaq hər kəs üçün asan deyil. Bəziləri alarmı bir neçə dəfə təxirə salır, bir neçə dəqiqə də yatmaq istəyir. Astrologiyaya görə, bəzi bürclər səhərlər yataqdan qalxmaqda digərlərindən daha çox çətinlik çəkir.
Tərəzi
Tərəzilər rahatlığı sevən və komfortuna xüsusi önəm verən bürclər sırasındadır. Gec saatlara qədər oyaq qalmağı sevən bu bürcün nümayəndələri səhər yataqdan qalxmağa həvəs göstərmirlər. Onlar üçün isti yataqdan ayrılmaq günün ən çətin işlərindən biri ola bilər.
Əqrəb
Əqrəblər gecə saatlarında daha enerjili və məhsuldar olurlar. Ətraf sakitləşdikdən sonra öz işlərinə vaxt ayırmağı sevən bu bürcün nümayəndələri çox vaxt gec yatırlar. Buna görə də səhərlər oyanmaq və özlərinə gəlmək onlar üçün xeyli vaxt aparır.
Şir
Şirlər kifayət qədər yatsalar belə, səhər yataqdan qalxmağa tələsmirlər. Gecə saatlarında əylənməyi, dostları ilə söhbət etməyi və sevdikləri məşğuliyyətlərə vaxt ayırmağı xoşlayırlar. Səhər isə onları yataqdan çıxarmaq üçün sevdikləri səhər yeməyi belə lazım ola bilər.
Balıq
Siyahının ilk pilləsində Balıq bürcü qərarlaşıb. Astrologiyada xəyallar və yuxularla əlaqələndirilən bu bürcün nümayəndələri yatmağı və öz xəyal dünyalarında vaxt keçirməyi sevirlər. Səhər zənginin çalması isə onları xoş yuxularından ayıran arzuolunmaz hadisə kimi qəbul edilir. Buna görə də Balıqlar alarmı dəfələrlə təxirə salmağa meyilli hesab olunurlar.



