YapiKredi Müraciət Forması
Mazda CX-5
Gündəm

DİM-in yeni sədri bu 3 nəfərdən biri ola bilər - Ekspert namizədlərini açıqladı

DİM-in yeni sədri bu 3 nəfərdən biri ola bilər - Ekspert namizədlərini açıqladı
Xəbər verdiyimiz kimi, Məleykə Mehdi qızı Abbaszadə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edilib. Məleykə Abbaszadənin vəzifədən ayrılmasından sonra Dövlət İmtahan Mərkəzinin yeni rəhbərinin kim olacağı və qurumda hansı dəyişikliklərin həyata keçiriləcəyi maraq doğurur. Xüsusilə, qəbul imtahanlarının mövcud modeli, fənlərin sayı və abituriyentlərin dərs yükü ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirib ki, növbəti dövr üçün Bakı Dövlət Universitetində daha çox inkişaf və tərəqqi görəcəyimizi düşünür:

DİM-in yeni sədri bu 3 nəfərdən biri ola bilər - Ekspert namizədlərini açıqladı

"Paralel olaraq, Dövlət İmtahan Mərkəzinə kimin rəhbərlik edəcəyi və hansı dəyişikliklərin həyata keçiriləcəyi də sual altındadır. Düşünürəm ki, yeni rəhbərlik təklifləri nəzərə alaraq, ilk növbədə, imtahan modelini dəyişməlidir. Belə ki, qəbul imtahanlarında 6-7 fənn əvəzinə, ən azı 2-3 fənn üzrə imtahan keçirilməlidir. Şagirdlərin dərs yükü azaldılmalıdır. Yaxşı olardı ki, onlar təhsil müəssisəsini bitirərkən birbaşa imtahan verərək ali məktəbə qəbul ola bilsinlər".

Ekspert əlavə edib ki, yeni sədrin kim olacağı hələ məlum deyil, sadəcə, namizədlər var:

"Təhsil ictimaiyyəti olaraq, prosesdə iştirakını və məhz bu vəzifəyə təyin olunmasını arzuladığımız şəxslər mövcuddur. Bunlar Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov, eləcə də Naxçıvanın keçmiş təhsil naziri Elxan Nəcəfov ola bilər. Yəni namizəd kimi nəzərdən keçirdiyimiz müxtəlif şəxslər var. Amma təbii ki, müvafiq vəzifəyə kimin təyin olunacağına aidiyyəti üzrə cənab Prezident qərar verəcək. Yeni rəhbər mütləq müvafiq islahatlar həyata keçirməlidir ki, qəbul prosesi sadələşsin, şagird və abituriyentlərin əzbərçiliyə deyil, öyrənməyə marağı artsın".