YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Xalq artisti Samir Cəfərova 50 illik yubileyi münasibətilə bahalı qol saatı bağışlayıb.
Demokrat.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, hədiyyə İtaliyanın məşhur "Versace" brendinə məxsus "Timeless V Dome" seriyalı qol saatıdır.
Məlumata görə, həmin modelin rəsmi mağazalarda və onlayn satış platformalarında qiyməti 950-1300 ABŞ dolları, yəni təxminən 1600-2200 manat arasında dəyişir.
Qeyd edək ki, hədiyyə noyabrın 19-da Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında Samir Cəfərovun 50 illik yubileyi münasibətilə keçirilən görüş zamanı təqdim olunub.




