YapiKredi Müraciət Forması
Mazda CX-5
Region Özəl

Paşinyan: "Türk, türk, türk! Bizi illərdir bununla qorxutdular" - VİDEO

Paşinyan: Türk, türk, türk! Bizi illərdir bununla qorxutdular - VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı müxalifətin replikalarına cavab verərkən qəzəblənib.

Demokrat.az xəbər verir ki, o, çıxışında XIX əsrin sonlarından başlayaraq bölgəni müstəmləkəsinə çevirmək istəyən xarici qüvvələrin erməni xalqını daim qorxu altında saxladığını bildirib.

"Bu vəsvəsədən nə vaxt qurtulacağımızı başa düşmürəm. 1870-ci illərdən bəri bizi idarə etmək istəyən güclər zehnimizi bulandırmaq üçün daim "Türk, Türk, Türk" deyirlər. Sonda bütün düşüncə sistemimiz alt-üst oldu", - deyə Paşinyan çıxışında vurğulayıb.