YapiKredi Müraciət Forması
Mazda CX-5
Maraqlı Özəl

Sevgisi çətin olan 4 bürc – Öz xoşbəxtliklərini özləri uzaqlaşdırırlar

Sevgisi çətin olan 4 bürc – Öz xoşbəxtliklərini özləri uzaqlaşdırırlar

Bəzi insanlarla münasibət qurmaq və onların qəlbinə yol tapmaq digərlərinə nisbətən daha çətin olur. Astrologiyaya görə, impulsivlik, inadkarlıq, dəyişkən əhval-ruhiyyə və hisslərini ifadə etmək qorxusu müəyyən bürclərin sevgi münasibətlərində problemlər yarada bilər.

Demokrat.az xəbər verir ki, bu barədə "La Opinion" nəşri yazıb.

Nəşrin astroloji şərhlərinə əsasən, münasibətlərdə anlaşılması və sevilməsi daha çətin hesab edilən dörd bürc var. Bununla belə, həmin bürclərin nümayəndələri güclü və davamlı sevgi münasibətləri qurmaq qabiliyyətindən məhrum deyillər.

Qoç

Qoçlar sevgidə ehtiraslı və emosional olsalar da, impulsiv davranışları münasibətlərdə çətinliklər yarada bilər. Onlar bəzən partnyorları ilə məsləhətləşmədən qərarlar verir, ortaq planları qəfil dəyişir və ya gözlənilməz addımlar atırlar.

İstəkləri həyata keçmədikdə isə tez əsəbiləşərək mübahisələrə səbəb ola bilərlər. Qoçlarla münasibətdə onların müstəqilliyinə hörmət etmək, eyni zamanda mühüm qərarların birlikdə verilməsinin vacibliyini xatırlatmaq tövsiyə olunur.

Buğa

Buğalar sabitliyə və alışdıqları həyat tərzinə üstünlük verirlər. Lakin dəyişikliklərə qarşı müqavimətləri münasibətlərdə problemlər yarada bilər. Onlar bəzən öz vərdişlərindən imtina etmək istəmir, yeni təklifləri qəbul etməkdə çətinlik çəkirlər.

Buğa ilə münasibətdə səbir və etibarlılıq əsas şərtlər hesab olunur. Onlardan dərhal dəyişiklik gözləməkdənsə, qarşılıqlı anlaşma və kompromis yolu seçmək daha məqsədəuyğundur.

Əkizlər

Əkizlər mehriban, diqqətli və ünsiyyətcil olsalar da, zaman-zaman partnyorlarından uzaqlaşmağa və şəxsi maraqlarına vaxt ayırmağa ehtiyac duyurlar. Davranışlarındakı bu dəyişkənlik qarşı tərəfdə inamsızlıq yarada bilər.

Onlar üçün maraqlı söhbətlər və yeni təəssüratlar da böyük əhəmiyyət daşıyır. Münasibətlər monotonlaşdıqda sevgiyə və birgə həyata maraqları azala bilər. Əkizlərlə münasibəti qorumaq üçün açıq ünsiyyətə, spontanlığa və şəxsi sərhədlərə hörmətə önəm vermək lazımdır.

Xərçəng

Xərçənglər emosional, həssas və dərin münasibətlərə meyilli olurlar. Sevdiklərinə qayğı göstərməyi bacarsalar da, mənəvi zərbə almaq qorxusu səbəbindən hisslərini dərhal açmaya bilərlər.

Bəzən yaşadıqları narahatlıqları gizlədir, emosional sədlər yaradırlar. Bu isə partnyorları tərəfindən laqeydlik kimi başa düşülə bilər.

Xərçənglərin etibarını qazanmaq üçün onlara güvən və təhlükəsizlik hissi vermək, sevgini yalnız sözlərlə deyil, davranışlarla da göstərmək vacibdir. Özlərini rahat hiss etdikdə isə onlar qayğıkeş, mehriban və sadiq partnyora çevrilirlər.

Qeyd edək ki, astrologiya elmi sahə hesab edilmir və bürclərin insan xarakterinə və münasibətlərinə təsiri elmi araşdırmalarla təsdiqlənməyib. Bu cür yozumlar əsasən əyləncə xarakteri daşıyır.