"Mən istəmirdim bu gün ağlayım. Ad günümdə məni birinci təbrik edən dostum idi. Dünyasını dəyişməzdən bir həftə əvvəl bizdə olmuşdu. Yayda isə son çəkilişimiz oldu. O mən dedi ki "Könül artıq gecdir".
Bu sözləri "Sevilən səhər" verilişinə qonaq olan şairə Könül Nazimqızı deyib.
Mərhum dostu Rəhim Rəhimlidən danışan şairə efirdə göz yaşlarına hakim ola bilməyib. O Rəhimin xərçəng xəstəliyinə tutulduğuna inanmaq istəmədiyini, bu səbəbdən də həkimə getmədiyini bildirib"
"Onu heç cürə həkimə apara bilmədim. Həkimlə görüş təyin edirdik. Bir dəfə mənə kağızlar göndərdi. Dedi ki "Könül mənə deyirlər xərçəng xəstəliyinə tutulmuşam". Ona dedim yox səndə belə bir xəstəlik yoxdur. Amma əslində kazğılarda hamısı qeyd olunmuşdu". baku.vs)



