Alim Qasımov və Fərqanə Qasımovanın Nelli Furtadonun məşhur "Say It Right" mahnısını muğam üslubunda ifası "Grand Theft Auto VI" (GTA 6) oyununda səslənir.
Demokrat.az BAKU.WS-ə istinadən xəbər verir ki, sənətçilərin ifası oyunun "Kaleidoscope FM" adlı radio stansiyasının musiqi siyahısına daxil edilib.
Qeyd edək ki, Alim və Fərqanə Qasımova bu ifanı illər əvvəl "Bizimkilər" layihəsi çərçivəsində təqdim ediblər.
GTA 6-da yer alan "Kaleidoscope FM" radiostansiyasında müxtəlif ölkələrin musiqiçilərinin məşhur mahnılara fərqli üslublarda hazırladıqları versiyalar səsləndirilir.



