YapiKredi Müraciət Forması
Mazda CX-5
Dünya Özəl

Tramp: ABŞ Ukrayna münaqişəsindən yaxşı pul qazanır

Tramp: ABŞ Ukrayna münaqişəsindən yaxşı pul qazanır

Birləşmiş Ştatlar Avropaya silah satmaqla Ukrayna münaqişəsindən "yaxşı pul qazanır". Biz Ukraynaya silahlar üçün heç bir endirim etmirik.

Demokrat.az-ın məlumatına görə, ABŞ Prezidenti Donald Tramp bu barədə "Fox News"a müsahibəsində bildirib.

"Əslində, demək olar ki, biz tam məbləği alırıq. Heç bir endirim etmirik. Yəni, deyə bilərik ki, bundan kifayət qədər yaxşı qazanc əldə edirik. Lakin mənim istədiyim bu deyil. İstərdim ki, bütün bunlara son qoyulsun", – deyə Tramp bildirib.

ABŞ Prezidenti davam edən münaqişəni "kədərli" adlandırsa da, onun Birləşmiş Ştatlara heç bir təsirinin olmadığını vurğulayıb.

Bundan əlavə, Amerika lideri Rusiya və Ukrayna prezidentləri – Vladimir Putin və Vladimir Zelenskinin "bir-birinə nifrət etdiklərini" qeyd edib, buna baxmayaraq, onları "ortaq məxrəc" tapmağa çağırıb.

Noyabrın 19-da Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammiti çərçivəsində Tramp və Putin arasında görüş baş tutub. Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, müzakirələrin əsas mövzusu Ukraynadakı münaqişənin həlli olub.

Bundan əlavə, noyabrın 19-da sammit çərçivəsində Putin, Tramp və Çin Prezidenti Si Tsinpin arasında üçtərəfli görüşün keçirilməsi nəzərdə tutulub.

Xatırladırıq ki, daha əvvəl Tramp və Si Tsinpin Ukraynadakı münaqişənin həlli məsələsini müzakirə etmişdilər.

Alparslan