YapiKredi Müraciət Forması
Mazda CX-5
Şou-biznes

Özbək bloger Bakıda nazir müavininin oğlunun toyundan danışdı - VİDEO

Özbək bloger Bakıda nazir müavininin oğlunun toyundan danışdı - VİDEO

Tanınmış özbək aktrisa və bloger Məryəm Tillyayeva 20 yaşlı rus model Avrora Kibanın Bakıda ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyevin oğlu, 36 yaşlı Rüstəm Hacıyevlə olan toy mərasimi ilə bağlı maraqlı detalları açıqlayıb.

O, "OK! Awards: Больше, чем звёзды" mükafatlandırma mərasimində "Super" nəşrinə müsahibəsində rəfiqəsinin gizli saxlanılan toyundan danışıb.

Məryəm bildirib ki, məclisdə qonaqlara telefonlardan istifadə etmək qadağan olunub. O, bu qərarı düzgün hesab etdiyini vurğulayıb.

Nəşrin əldə etdiyi məlumata görə, qonaqlar "Four Seasons" hotelində yerləşdirilib, toy mərasimi də həmin məkanda keçirilib.

Məclisdə Rusiyalı şoumen Maksim Qalkinin də olub. Onun toyda aparıcılıq etdiyi ehtimal olunur. Mərasimin məkanı isə canlı güllərlə bəzədilib. (Axşam.az)