Ukrayna Silahlı Qüvvələri bir həftə ərzində üçüncü dəfə Krım körpüsünə dron və raket zərbələri endirib.
Demokrat.az-ın məlumatına görə, Rusiya Nəqliyyat Nazirliyi körpü üzərindən qatar hərəkətinin müvəqqəti olaraq dayandırıldığını təsdiqləyib. İnsan itkisi yoxdur.
Ukrayna Silahlı Qüvvələri bu həftə üçüncü dəfə Krım körpüsünə hücum edib; Krım rəhbəri Sergey Aksyonov bildirib ki, körpüdə hərəkət müvəqqəti olaraq dayandırılıb.
"Krım körpüsünə edilən növbəti hücum nəticəsində hərəkət müvəqqəti olaraq dayandırılıb. Bütün aidiyyəti xidmətlər öz iş başındadır. Mütəxəssislər hazırda vurulan ziyanı qiymətləndirirlər", – deyə Aksyonov bildirib.
Aksyonovun sözlərinə görə, vurulan ziyanın qiymətləndirilməsi aparılır və əlavə məlumat əldə olunduqca təqdim ediləcək. Region rəhbəri insanları yalnız rəsmi məlumat mənbələrinə etibar etməyə və yoxlanılmamış təfərrüatları yaymaqdan çəkinməyə çağırıb.



