YapiKredi Müraciət Forması
Mazda CX-5
İdman Özəl

Azərbaycan çempionatında ilk: "Kəpəz" - "Qarabağ" oyununun biletləri tükəndi - FOTO

Azərbaycan çempionatında ilk: Kəpəz - Qarabağ oyununun biletləri tükəndi - FOTO

Misli Premyer Liqasının qarşıdan gələn turunda keçiriləcək "Kəpəz" – "Qarabağ" matçına böyük maraq var. Qarşılaşmaya üç gün qalmış stadionda satışa çıxarılan biletlərin, demək olar ki, hamısı tükənib.

Demokrat.az xəbər verir ki, hazırda cəmi 9 bilet satışda qalıb.

15 343 tamaşaçı tutumuna malik stadionda biletlərin bu qədər qısa müddətdə satılması Azərbaycan çempionatı üçün diqqətçəkən göstəricidir. Bildirilir ki, ölkə çempionatı tarixində ilk dəfədir bir oyuna biletlər bu həcmdə satılır.

Qarşılaşmaya hələ üç gün qalmasına baxmayaraq, azarkeşlərin göstərdiyi maraq matçda tribunaların tam dolacağı ehtimalını artırır.

Xatırladaq ki, "Kəpəz" - "Qarabağ" matçı 22 noyabr saat 17:00-da başlayacaq. Gəncə şəhər stadionunun yenidən qurulmasından sonra bu, "Kəpəz"in "Qarabağ"la ilk ev matçı olacaq.

Azərbaycan çempionatında ilk: Kəpəz - Qarabağ oyununun biletləri tükəndi - FOTO