YapiKredi Müraciət Forması
Mazda CX-5
İdman

Bu gün Premyer Liqada daha 2 oyun var

Bu gün Premyer Liqada daha 2 oyun var

Misli Premyer Liqasında 12-ci turun oyunları keçirilir.

Demokrat.az xəbər verir ki, bu gün daha 2 matç baş tutacaq.

"Şamaxı" "Turan Tovuz"u qəbul edəcək. Şamaxıda keçiriləcək oyunu Emin Əliyev idarə edəcək.

Günün digər görüşü "Şəfa" və "Qəbələ" arasında olacaq. Bu oyun isə Əli Əliyevə tapşırılıb.

Daha öncə keçirilən "İmişli" – "Zirə" matçında (2:2) qalib müəyyənləşməyib, "Sumqayıt" "Sabah"a (1:5) məğlub olub. "Araz-Naxçıvan" – "Neftçi" və "Kəpəz" – "Qarabağ" matçları sabah keçiriləcək.

Misli Premyer Liqası
12-ci tur
21 noyabr

"Şamaxı" – "Turan Tovuz"

Hakimlər: Emin Əliyev, Akif Əmirəli, Eyyub İbrahimov, Tural Qurbanov

VAR: Nicat İsmayıllı

AVAR: Gülnurə Əkbərzadə

Hakim-inspektor: Ceyhun Haşımov

AFFA nümayəndəsi: Eldəniz Musayev

Şamaxı şəhər stadionu, 14:30

"Şəfa" – "Qəbələ"

Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Orxan İbişov, Kamal Umudlu

VAR: İnqilab Məmmədov

AVAR: Cəmil Quliyev

Hakim-inspektor: Şahin Cəfərov

AFFA nümayəndəsi: Namiq Əliyev

"SOCAR Polymer Arena", 17:00