YapiKredi Müraciət Forması
Mazda CX-5
İdman Özəl

"Borussiya Dortmund" Yunus Akgün üçün üç fərqli təklif hazırlayıb

Borussiya Dortmund Yunus Akgün üçün üç fərqli təklif hazırlayıb

"Qalatasaray"ın futbolçusu Yunus Akgün Almaniyanın nəhəng klublarından "Borussiya Dortmund"un diqqətini cəlb edib.

Demokrat.az xəbər verir ki, bu barədə DAZN telekanalında yayımlanan verilişdə məlumat verilib.

Bildirilir ki, cari mövsüm uğurlu çıxışı ilə diqqət çəkən 26 yaşlı yarımmüdafiəçi Dortmund klubunun transfer hədəfinə çevrilib. Baş məşqçi Okan Burukun komandasında əsas fiqurlardan birinə çevrilən Akgün hətta Leroy Saneni heyətdən sıxışdırıb.

Almaniya təmsilçisinin türkiyəli futbolçunu son iki mövsümdür yaxından izlədiyi bildirilir. Dortmund rəhbərliyinin yanvar ayında başlayacaq qış transfer pəncərəsində "Qalatasaray"la rəsmi danışıqlara başlamaq niyyətində olduğu qeyd olunur.

Məlumata görə, almanlar İstanbul klubunun qarşısına üç fərqli təkliflə çıxmağa hazırlaşır. İlk variant birbaşa 25 milyon avro transfer haqqının ödənilməsidir. İkinci təklif isə 35 milyon avroluq məcburi satınalma şərti ilə icarə müqaviləsini nəzərdə tutur.

Dortmundun üçüncü planı isə futbolçu mübadiləsi və əlavə ödənişdən ibarətdir. Bu variantda Almaniya klubunun təcrübəli yarımmüdafiəçisi Marsel Zabitzerin Yunus Akgünün transferinə daxil edilməsi və bunun üzərinə müəyyən məbləğdə pul ödənilməsi təklif olunur.

Qeyd edək ki, hələlik bu təkliflərin "Qalatasaray" tərəfindən qəbul edilib-edilməyəcəyi ilə bağlı rəsmi açıqlama yoxdur.