YapiKredi Müraciət Forması
Mazda CX-5
İdman Özəl

Arda Gülərin yeni maaşı bəlli oldu – REKORD RƏQƏM

Arda Gülərin yeni maaşı bəlli oldu – REKORD RƏQƏM

"Real Madrid"in türkiyəli futbolçusu Arda Gülərin yeni müqaviləsi ilə bağlı maliyyə detalları açıqlanıb.

Demokrat.az xəbər verir ki, İspaniya klubu 21 yaşlı futbolçunun müqaviləsini 2032-ci il iyunun 30-dək uzadıb. Bu barədə klub noyabrın 18-də rəsmi məlumat yayıb.

Yeni müqavilədən sonra Arda Gülərin illik məvacibinin 9 milyon avroya yüksəldiyi bildirilir. "SalaryLeaks" platformasının məlumatına əsasən, futbolçu performans bonusları ilə birlikdə ildə 10,3 milyon avroya qədər qazana bilər.

Beləliklə, altı il ərzində onun ümumi gəlirinin bonuslar daxil olmaqla 61,8 milyon avroya çatacağı hesablanır.

Qeyd edək ki, "Real Madrid" futbolçunun yeni maaşını rəsmi şəkildə açıqlamayıb. Buna görə də mediada yayılan rəqəmlər təxmini məlumat kimi qiymətləndirilməlidir.