YapiKredi Müraciət Forması
Mazda CX-5
Daxili siyasət

Qaliblər partiyası

Qaliblər partiyası

Yeni Azərbaycan Partiyasının yaranmasından 34 il keçir. YAP yarandığı gündən sıraları getdikcə çoxalmış və getdikcə qaliblər partiyasına çevrilmişdir. 1993- cü ildən bu vaxta qədər ölkəmizdə keçirilən Prezident, parlament və bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası bütün rəqiblərinə böyük üstülüklə qalib gələrək qaliblər partiyasına çevrilib. YAP-ın təsis olunduğu ili və ölkədə baş verən haidsələri xatırlayanda bir daha aydın olur ki, bu partiya Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə ziyalıların təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və peşəkar siyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər.

Demokrat.az xəbər verir ki, bu fikirləri redaksiyamıza açıqlamasında YAP-ın təsis konfransının keçirilməsinə münasibət bildirən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Hüquq müdafiəçisi Prezident İlham Əliyevin YAP-ın VIII qurultayındakı çıxışından bəzi məqamları xatırladaraq deyib ki, bizim qələbələrimizin başlanğıc tarixi Yeni Azərbaycan Partiyasının təsis qurultayında baş verdi.

Ölkəmizin son illər ərzində uğurlu və şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var, böyük töhfəsi var. Ölkə daha sonra başçısı demişdir ki, Yeni Azərbaycan Partiyasının qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Deyə bilərəm ki, partiyamızın fəaliyyəti, qəbul edilmiş qərarlar və siyasi xətti təkcə ölkəmiz üçün yox, bölgə üçün böyük önəm daşıyır. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir. Yeni Azərbaycan Ç.Qənizadə Partiyasının yaradılması obyektiv zərurət olmasından söhbət açaraq belə partiyanı Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya biləcəyini qeyd edib. Məhz bu baxımdan Azərbaycanın ən yeni tarixinə "91-lər"in müraciəti kimi daxil olmuş sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Xalqın istəyini nəzərə alaraq Ulu Öndərə müraciət edən məşhur "91-lər"in -ölkənin 91 ziyalısının cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı.

Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Ulu Öndər Heydər Əliyevin 91 nəfər ziyalının müraciətinə cavabı çox gecikmədi. 21 noyabr 1992-ci il tarixində Naxçıvanda ölkəmizin bütün regionlarını təmsil edən və 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmişdir. Konfransda Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı.

Komitə sədri Ulu Öndər Heydər Əliyev rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində cəmiyyətin aparıcı qüvvəsinə çevrildiyni bildirərək deyib ki, Ümummilli lider cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan YAP-ı qısa zamanda inkişaf etdirdi, özünün dediyi kimi "dünənin, bu günün və sabahın partiyası" səviyyəsinə yüksəltdi.

Komitə sədri diqqətə çatdırıb ki, Yeni Azərbaycan Partiyasının 2005-ci il 26 mart tarixində keçirilmiş III qurultayında partiyanın yeni sədri- Ulu Öndər Heydər Əliyevin siyasi mirasının müzəffər davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev seçilmişdir. Həmin vaxtdan partiyaya gənclərin axını başlamış və bu gün üzlərin sayı 769 811 nəfər çatıb. Qeyd edib ki, 2021-ci il martın 5-də keçirilmiş YAP-ın VII qurultayında qəbul edilmiş qərar əsasında Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsi təsdiq edilmiş və Nizamnaməyə uyğun olaraq, partiyanın sədri cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2021-ci il 5 mart tarixində Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini təyin edilib. Sözügedən təyinat yüksək etimadın və Azərbaycanın dövlət siyasətində qadına ayrılan xüsusi diqqətin təcəssümüdür. Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadının fəal ictimai-siyasi vətəndaş və peşəkar dövlət xadimi obrazı formalaşmışdır.

Ç.Qənizadə YAP-ın dövlət və cəmiyyətin inkişafı naminə sağlam əməkdaşlıq mühiti təşviq etdiyini vurğulayaraq deyib ki, açıq və etibarlı münasibətlərin bərqərar olunmasına xidmət edən islahatlar formalaşan yeni siyasi konfiqurasiyanın tərkib hissəsidir. İqtidar-müxalifət münasibətlərinin sağlam təməllər üzərində inkişaf etdirilməsi Prezident İlham Əliyevin dövlət siyasətini xarakterizə edən əsas göstəricilərdən biridir.

Ölkəmizdə aparılan siyasi dialoq təcrübəsi YAP-ın təşəbbüsləri ilə zənginləşir. Son seçkilərin nəticələri xalqın YAP-a olan yüksək etimadının göstəricisidir: "2024-cü il fevralın 7-də keçirilən prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyev seçicilərin 92,12 faiz səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. 2024-cü il sentyabrın 1-də keçirilən yeddinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə YAP parlaq qələbəyə imza ataraq parlamentdə 68 millət vəkili ilə təmsil olunmaq hüququ qazanmışdır. 2025-ci il yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində partiyadan 5 min 855 nəfər bələdiyyə üzvü seçilmişdir.

"YAP-ın 2026-cı il oktyabrın 2-də keçirilmiş VIII qurultayında Prezident İlham Əliyev proqram xarakterli nitqlə çıxış edərək partiya qarşısında duran başlıca vəzifələri və gələcəyə yönəlmiş strateji hədəfləri müəyyən etmişdir. Həmçinin qurultayda partiyanın Nizamnaməsinə dəyişikliklər təsdiqlənmiş, YAP İdarə Heyətinin və Təftiş Komissiyasının say tərkibləri müəyyənləşdirilmiş və üzvləri seçilmişdir"- deyə Ç.Qənizadə bildirib.