YapiKredi Müraciət Forması
Mazda CX-5
Hadisə

Avtomobil şirniyyat mağazasına girdi - VİDEO

Avtomobil şirniyyat mağazasına girdi - VİDEO

Hövsanda minik avtomobili qəzaya uğrayıb.

Demokrat.az xəbər verir ki, hadisə qəsəbənin Elçin Məmmədov küçəsində baş verib.

"Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq səkiyə, daha sonra isə yolun kənarındakı "Tatlı" şirniyyat mağazasına çırpılıb.

Hadisə nəticəsində avtomobildəki şəxslər xəsarət alıb. Həmçinin həmin vaxt mağazada olanlar da həyəcan yaşayıblar.

Qəzanın yüksək sürət səbəbindən baş verdiyi bildirilir. (Qafqazinfo)