YapiKredi Müraciət Forması
Mazda CX-5
Kriminal

Xalq rəssamının ailəsində faciə: Oğlu mənzilində ölü tapıldı

Xalq rəssamının ailəsində faciə: Oğlu mənzilində ölü tapıldı

Bakının Yasamal rayonunda mənzildən meyit tapılıb.

Demokrat.az xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, hadisə noyabrın 19-da saat 12 radələrində İnşaatçılar prospektində yerləşən evlərin birində baş verib.

Belə ki, 1960-cı il təvəllüdlü Elşad Cahangir oğlu Rüstəmovun meyiti yaşadığı mənzildə aşkarlanıb.

Meyitin üzərində zorakılıq əlamətləri müəyyən edilməyib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Bildirilib ki, meyiti tapılan şəxs Xalq rəssamı Cahangir Rüstəmovun oğludur.