YapiKredi Müraciət Forması
Mazda CX-5
Şou-biznes

Elton Hüseynəliyevin ailəsində xeyir iş

Elton Hüseynəliyevin ailəsində xeyir iş

Əməkdar artist Elton Hüseynəliyevin kiçik qızı Nurayın ailə qurmağa hazırlaşdığı məlum olub.

Demokrat.az xəbər verir ki, müğənni övladının nişan mərasimi ilə bağlı xəbəri özü açıqlayıb.

İfaçı "Qonaqcanlı" verilişində bildirib ki, Nuray Lətif adlı gənclə nişanlanıb. Maraqlısı budur ki, onlar hələ məktəb illərindən bir-birini tanıyır və eyni sinifdə təhsil alıblar. Ailələrin razılığı ilə el adətlərinə uyğun elçilik mərasimi keçirilib.

Elton Hüseynəliyev qızının toyunun yaxın vaxtlarda baş tutacağını deyib. O, mərasimin bir qədər gecikməsinin səbəbini isə Lətifin adını daşıdığı babasının vəfat etməsi ilə əlaqələndirib.