Türkiyədə yayımlanan "Uzak Şehir" serialının baş rol ifaçılarından Sinem Ünsalın qazancı ilə bağlı maraqlı məlumat yayılıb.
Demokrat.az xəbər verir ki, serialda Alya obrazını canlandıran aktrisa hər bölüm üçün 1 milyon Türkiyə lirəsi qonorar alır. Həftədə bir bölümün yayımlandığı nəzərə alınarsa, onun aylıq gəliri təxminən 4 milyon lirəyə, yəni 135 min manata yaxın təşkil edir.
Ekran işində Cihan Albora obrazını canlandıran Ozan Akabanın qonorarının isə daha yüksək olduğu bildirilir. İddialara görə, aktyor hər bölüm üçün 1,5 milyon lirə alır. Bu isə onun aylıq qazancının 6 milyon lirəyə çatması deməkdir.
Qeyd edək ki, 1993-cü ildə İzmir şəhərində anadan olan Sinem Ünsalın atası azərbaycanlı, anası isə çərkəzdir.



