"Xəzər" Futzal Klubunun rəhbərliyi media və ictimaiyyətlə əlaqələrin gücləndirilməsi məqsədilə kadr dəyişikliyi edib. Klubun mətbuat katibi vəzifəsinə jurnalist Gülayə Məcid gətirilib.
Demokrat.az bildirir ki, yeni mətbuat katibi klubun ictimaiyyətlə əlaqələr və media işini əlaqələndirəcək. O, həmçinin komandanın gündəmini geniş kütləyə çatdıracaq və kommunikasiya planını təkmilləşdirəcək.
Beləliklə, bu təyinat "Xəzər" Futzal Klubunun mediada daha fəal görünməsinə xidmət edəcək. (yenisabah)



