YapiKredi Müraciət Forması
Mazda CX-5
Şou-biznes

"Yenə ərinə xəyanət edən efirdədir, 16 min də pul alırsınız"

Yenə ərinə xəyanət edən efirdədir, 16 min də pul alırsınız

Aparıcı Elgiz Əkbər həmkarlarından birinin onun ünvanına səsləndirdiyi fikirlərə sərt reaksiya verib.

Aparıcı yutubda yayımlanan proqramında ad çəkmədən həmkarının onun haqqında xoşagəlməz sözlər dediyini bildirib.

Elgiz qarşı tərəfin televiziya loqosundan istifadə edərək onu hədəfə almasını və sosial şəbəkələrdə yayımlanan verilişləri tənqid etməsini qəbul etmədiyini söyləyib.

Aparıcı həmçinin həmin verilişdə bir nəfərin çıxışının 16 min manat olduğunu iddia edib. O, proqramda müzakirə olunan mövzuları da tənqid edərək həmkarına belə müraciət edib:

"Məni həmkarımın sözləri pis edir. Televiziyanın loqosunu əlində tutub, hadisələrdən istifadə edib keçmiş həmkarına belə sözlər deyirsən? Camaatı mənim üstümə qaldırırsan? Dilim yoxdur? Danışaram, özü də elə danışaram ki, ağzımı heç kim yuma bilməz. Niyə edirsiniz? Nə üçün həmin verilişdə bir adamın çıxışı 16 min olmalıdır? O verilişdə nə var? Yenə evindən qaçan, qapıdan qovulan, ərinə xəyanət edən... Guya başqa mövzular var?

Meydanda tək olduğu üçün qiymət 16 mindir. Hələ baş sponsorun qiymətini demirəm. Bunu da öyrənəcəyəm. Dediniz ki, bu mövzular efirdə olmasın. Ağzımı açıb danışmadım, dedim, yaxşı. Şükür bu günümə, oturdum yerimdə. İndi nə istəyirsiniz? Buranı mənə çox görürsən? Elə-belə adam olsan, susaram. Ayıb deyil sizə? Get, öz verilişinə bax. Kol-kosda gəzən sənin verilişindədir.

Bu durumu siz yaratdınız. Məsələləri cəmləşdirib sudan quru çıxdınız. Bundan sui-istifadə edib bir adamı efirinizə çıxarmağa 16 min qiymət qoydunuz. Meydanda tək olmağa nail oldunuz. Bu da azdır ki, sosial şəbəkədə yayımlanan verilişlərə sataşırsınız. Mənimlə işiniz olmasın, ağzım açılsa, pis olacaq". (Axşam.az )