YapiKredi Müraciət Forması
Mazda CX-5
Şou-biznes Özəl

Ezgi Mola ayrılığının səbəbini açıqladı: "Bu qərarı verdik ki..."

Ezgi Mola ayrılığının səbəbini açıqladı: Bu qərarı verdik ki...

Türkiyəli aktrisa Ezgi Mola keçmiş həyat yoldaşı Mustafa Aksakallı ilə ayrılığının səbəblərindən danışıb.

Demokrat.az xəbər verir ki, aktrisa bu barədə "Ritmini Bul" adlı YouTube proqramında qonaq olarkən açıqlama verib.

2025-ci ildə Mustafa Aksakallı ilə iki illik münasibətinə son qoyan Mola ayrılıqlarının xəyanətlə bağlı olması barədə yayılan iddialara münasibət bildirib. O, keçmiş həyat yoldaşının yaxşı insan olduğunu vurğulayaraq, münasibətin davam etməsi üçün təkcə qarşılıqlı hörmət və xoş niyyətin kifayət etmədiyini deyib.

"Hamı bir qüsur, qalmaqal axtarırdı. ‘Yəqin ki, xəyanət edib" deyirdilər. Belə şey ola bilərmi? Mustafa həqiqətən yaxşı qəlbli insandır. Onun haqqına girə bilmərəm. Amma yaxşı insan olmaq münasibəti davam etdirmək üçün yetərli deyil. Bir-birimiz haqqında deyəcəyimiz çoxlu gözəl sözlər var, ancaq ayrılmağımıza səbəb olan amillər də az deyil", – deyə aktrisa bildirib.

Mola əlavə edib ki, onlar aralarındakı dostluğun və xoş münasibətin qorunması üçün bu addımı atıblar: "Dostluğumuz bitməsin deyə bu qərarı verdik və evlilikdən imtina etdik".

Aktrisa proqramda analıq mövzusuna da toxunub. Onun sözlərinə görə, hər qadın ana olmaq məcburiyyətində deyil və bu seçiminə görə heç kim cəmiyyətin təzyiqi ilə üzləşməməlidir.

Mola ana olmaq istəməyən qadınların qərarına hörmətlə yanaşdığını bildirərək, bunun insanın şəxsi seçimi olduğunu vurğulayıb.