YapiKredi Müraciət Forması
Mazda CX-5
Dünya

İndoneziyada güclü zəlzələ oldu

İndoneziyada güclü zəlzələ oldu

İndoneziyanın şərqində, Banda dənizində 6,8 maqnitudalı zəlzələ baş verib.

Demokrat.az xəbər verir ki, yeraltı təkanların episentri Cənub-Şərqi Maluku bölgəsindən təxminən 132 kilometr cənub-qərbdə, 97 kilometr dərinlikdə yerləşib.

Təkanlar Maluku və Papua da daxil olmaqla İndoneziyanın şərq bölgələrində hiss olunub.

Məlumata görə, Tual şəhərində bir binaya yüngül ziyan dəyib. Ölən və yaralanan olmayıb.

Zəlzələdən sonra sunami təhlükəsi elan edilməyib.

Yerli qurumlar bölgədə vəziyyəti izləyir.