YapiKredi Müraciət Forması
Mazda CX-5
Dünya Özəl

Musiqi festivalında faciəvi hadisə: 4 nəfəri ildırım vurdu

Musiqi festivalında faciəvi hadisə: 4 nəfəri ildırım vurdu

Avstraliyanın cənub-şərqində keçirilən musiqi festivalı əlverişsiz hava şəraiti səbəbindən təhlükəli hadisə ilə yadda qalıb. Güclü yağış və fırtına zamanı dörd nəfəri ildırım vurub.

Demokrat.az xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.

Hadisə Yeni Cənubi Uels ştatının Tokumval bölgəsində təşkil olunan musiqi festivalında baş verib. Festival iştirakçıları qəfil başlayan fırtına və leysan yağışın altında qalıblar.

İldırımın vurduğu dörd nəfər xəstəxanaya çatdırılıb. Məlumata görə, onların heç birinin həyatı üçün təhlükə yoxdur.

Hadisədən sonra festival ərazisindəki vəziyyətlə bağlı əlavə məlumat verilməyib.